Şahmatçılarımızın altıncı turdakı rəqibləri bilindi

Şahmatçılarımızın altıncı turdakı rəqibləri bilindi

Oktyabrın 30-da Batumidə keçirilən kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının altıncı turuna start veriləcək.

SİA-nın məlumatına görə, kişi şahmatçılarımız Almaniya, qadın təmsilçilərimiz Rusiya yığmaları ilə qarşılaşacaqlar.

Ötən turlarda qadınlardan ibarət komandamız 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Kişi şahmatçılarımız isə 5 turun 3-nü qələbə, 1-ni heç-heçə ilə başa vurub, bir qarşılaşmada məğlub olublar. Ötən turların yekununa görə, qadın yığmamız 3-cü, kişi şahmatçılarımız 6-cı pillədə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.

Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.

Bütün xəbərlər Facebook səhifəmizdə