Millimizin oyunlar üçün heyəti açıqlanıb

Millimizin oyunlar üçün heyəti açıqlanıb

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində 2 oyun keçirəcək qadınlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

SİA-nın məlumatına görə. noyabrın 7-də Çexiya, üç gün sonra Moldova yığması ilə qarşılaşacaq komandaya 21 futbolçu çağırılıb.

Evdə keçiriləcək ilk oyun “ASCO Arena”da baş tutacaq və saat 19:00-da başlayacaq. Noyabrın 10-dakı səfər görüşü Kişinyovun “Zimbru” stadionunda keçiriləcək və saat 16:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə