Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində təlim-məşq toplanışı və rəsmi oyunları keçiriləcək. SİA-nın məlumatına görə, Bakıdakı toplanışın ilk günündə komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunacaq.
Oyunların təqvimi və təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı barədə saytda məlumat yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB