İspaniya La Liqası: "Barselona" və "Atletiko"dan fərqli nəticələr

İspaniya La Liqası: "Barselona" və "Atletiko"dan fərqli nəticələr

"Atletiko" La Liqada növbəti oyuna çıxıb.

SİA xəbər verir ki, Madrid klubu 11-ci turda səfərdə "Alaves"in qonağı olub. Mat 1:1 hesabı ilə başa çatıb.

"Barselona" bu turda "Valyadolid"lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.

"Alaves" - "Atletiko" - 1:1
Qollar: Morata, 70 (0:1), Peres, 83 (1:1)

"Barselona" - "Valyadolid" - 5:1
Qollar: Lanqle, 2 (1:0), Olivas, 15 (1:1), Vidal, 29 (2:1), Messi, 34 (3:1), 74 (4:1), Suares, 77 (5:1)

Bu qələbə ilə xalını 22-ə (10 oyundan) çatdıran Ernesto Valverdenin komandası liderliyə yüksəlib. "Qranada" 20 xalla 2-ci, "Atletiko" eyni xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə