Turan Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub

Turan Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

SİA xəbər verir ki, çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov 1/8 finalda kanadalı həmkarını məğlub edib. Həmyerlimiz 1/4 finalda moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk hissəni 0:1 hesabı ilə geridə başa vurmasına baxmayaraq, Turan ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə T.Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olub. Rəqibini məğlub edən güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə