"Real"ın futbolçusu Qaret Beyl klubun düşərgəsini tərk edərək, Londona gedib. "The Sun" nəşrinin yazdığına görə, onun bu səfərinin dəqiq səbəbi bilinməsə də, Çindən gələn təkliflərlə bağlı agenti ilə danışmaq üçün İngiltərənin paytaxtına getdiyi ehtimal olunur.
Qeyd edək ki, bir müddət əvvəl Uels millisinin düşərgəsində zədələnən Beyl, "Real"ın oyunlarında iştirak edə bilmir. Uzun müddətdir ki, onun "Real"dan ayrılacağı haqda xəbərlər yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB