“Liverpul”la “Barselona” klubunun əfsanələri arasında yoxlama oyunu keçiriləcək. Bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qarşılaşma 2020-ci il martın 28-də “Enfild Roud” stadionunda keçiriləcək. Yoxlama oyunundan əldə edilən gəlir “Liverpul”a məxsus xeyriyyə fonduna köçürüləcək.
Əfsanələrin oyununda “Liverpul”un heyətində Fernando Torres, İrji Dudek, Luis Qarsiya, Xose Enrike, Fabio Aurelio, “Barselona”nın heyətində isə Patrik Klyuvert, Edqar Davids, Xavyer Saviola, Juliano Belletti kimi keçmiş ulduzlar forma geyinəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB