Moldova millisində yeni baş məşqçi

Moldova millisində yeni baş məşqçi

Futbol üzrə Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib. Moldova Futbol Federasiyasının saytında yer alan məlumatda deyilir ki, bu vəzifəyə türk çalışdırıcı Engin Fırat təyin edilib. O, istefaya göndərilən Semyon Altmanı əvəzləyib. 49 yaşlı mütəxəssisin Avro-2020-nin seçmə mərhələsində noyabrda keçiriləcək Fransa və İslandiya ilə matçlarda komandanın başında olacağı bildirilib.

Qeyd edək ki, Türkiyə və Almaniya klublarında əsas məşqçi və köməkçi kimi işləyən E.Fıratın son olaraq ABŞ-ın "Dallas Siti" klubunda texniki direktor olub. İranın bir sıra klublarını da çalışdırmış E.Fırat 2008-2009-cu illərdə millidə Əli Daeinin köməkçisi işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə