İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beylin taleyi ilə bağlı açıqlama verib. "Football Espana" xəbər verir ki, 47 yaşlı mütəxəssis uelsli oyunçunun Madrid təmsilçisində qalmasını istəyib.
Fransalı məşqçi mətbuatda gedən yazılara baxmayaraq, Beyl ilə münasibətlərinin yaxşı olduğunu sözlərinə əlavə edib: "O, gedişi barədə danışmayıb. Qışda onun ayrılmasını xoş qarşılamıram. Beyl yayda komandada qaldı və bu, hamı üçün ən yaxşı qərar idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB