Batumidə komandalar arasında Avropa çempionatının altıncı turunda şahmatçılarımızın rəqibləri müəyyənləşib. SİA-nın məlumatına görə, kişi şahmatçılarımız Almaniya, qadın təmsilçilərimiz Rusiya yığması ilə mübarizə aparacaqlar.
Hazırda qadınlardan ibarət komandamızın aktivində 4 qələbə və 1 məğlubiyyət var. Kişi şahmatçılarımız isə 5 turun 3-də qələbə qazanıblar. Bir qarşılaşmanı heç-heçə ilə başa vuran millimiz 1 oyunda isə məğlub olub. Ötən turların yekununa görə qadın yığmamız 3-cü, kişi şahmatçılarımız 6-cı pillədə qərarlaşıblar.
Altıncı turun oyunları oktyabrın 30-da keçiriləcək. Bu gün turnir iştirakçıları üçün istirahət günüdür.
Qeyd edək ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.
Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB