Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. SİA-nın xəbərinə görə, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq.
Birincilik uğrunda mübarizə aparacaq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əsgər Məmmədəliyev (61 kq) ukraynalı Valentin Bliasetski, Murad Süleymanov (74 kq) Yaqor Akuliç (Belarus), Hacımurad Məhəmmədsəidov (86 kq) Almaniya təmsilçisi Yohannes Martin Deml, Şamil Zubairov (92 kq) isə bolqarıstanlı Bojidar Mateyev Todorov ilə qarşılaşacaq.
Çempionatın birinci günündə sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) uğurla çıxış edərək finala yüksəliblər. Bu gün keçiriləcək həlledici qarşılaşmalarda T.Bayramov Yaponiya təmsilçisi Takuma Taniyama, A.Abakarov isə gürcü Tariel Qaprindaşvili ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB