Məsut Özil ABŞ-a köçür?

London "Arsenal"ının futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər. MLS-dən iki klub türkəsilli alman yarımmüdafiəçi ilə maraqlandır. Bunlardan biri Devid Bekhemin sahibi olduğu “İnter Mayami”dir. Artıq klubun 31 yaşlı oyunçu ilə danışıqlara başladığı bildirilib.

M.Özili transfer etmək istəyən digər klubun isə "Di Si Yunayted" olduğu vurğulanıb. Qeyd edək ki, "Arsenal"ın heyətdə görmək istəmədiyi Özilin qışda klubdan ayrılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə