Ramil Şeydayev paytaxt derbisinin iştirakçısı olmayıb

Ramil Şeydayev paytaxt derbisinin iştirakçısı olmayıb

Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva “Dinamo”su səfərdə SSKA ilə üz-üzə gəlib. Paytaxt derbisi həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 1:0.

Ramil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

14 turdan sonra "Dinamo" 14 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə