Batumidə şahmat üzrə kişilərdən ibarət millimiz Ukrayna yığmasına uduzub

Batumidə şahmat üzrə kişilərdən ibarət millimiz Ukrayna yığmasına uduzub

Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında komandalarası Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, 3-cü tura kişilərdən ibarət millimiz Ukrayna ilə qarşılaşıb və 1.5:2.5 hesabı ilə uduzub. Bu yığmamızın turnirdə ilk məğlubiyyəti olub.

Qadın şahmatçılarımızdan ibarət komandamız isə Avstriyaya qalib gəlib - 3.5:0.5

KİŞİLƏR

Ukrayna - Azərbaycan - 2.5:1.5
Vasili İvançuk - Şəhriyar Məmmədyarov - 0.5:0.5
Yuriy Kuzubov - Arkadiy Naydiç - 1:0
Andrey Volokitin - Rauf Məmmədov 0.5:0.5
Vladimir Onişçuk - Qədir Hüseynov - 0.5:0.5

QADINLAR

Avstriya - Azərbaycan - 0.5:3.5
Veronika Eksler - Xanım Balacayeva - 0:1
Dennis Trippold - Ülviyə Fətəliyeva - 0:1
Julia Novkoviç - Gülnar Məmmədova - 0.5:0.5
Barbara Teuçler - Turkan Məmmədyarova - 0:1

Kişi şahmatçılarımız hazırda 7-ci, qadın şahmatçılarımız isə 11-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə