"Tobol"un məğlub olduğu görüşdə Balayev iki qol buraxıb

"Tobol"un məğlub olduğu görüşdə Balayev iki qol buraxıb

Qazaxıstan çempionatında 31-ci turun oyunları davam edir.

SİA xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə lider "Kayrat"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "Tobol" hazırda 59 xalla 12 komanda 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, komanda bundan əvvəlki tur "Ordabasi"yə uduzmuşdu - 1:2.

Bütün xəbərlər Facebook səhifəmizdə