“Böyük dəbilqə” turnirində cüdoçularımızınz yarışı davam edir

“Böyük dəbilqə” turnirində cüdoçularımızınz yarışı davam edir

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Böyük dəbilqə” turnirinin üçüncü günündə 4 cüdoçumuz mübarizəyə qoşulacaq. SİA-nın məlumatına görə, kişilər arasında Zelim Kotsoyev (100 kq), Şahin Qəhrəmanov, Uşangi Kokauri (hər ikisi 100 kq-dan yuxarı), qadınların yarışında İrina Kinderzka (78 kq-dan yuxarı) güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Komandamızın üzvü Orxan Səfərov (66 kq) “Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.

Yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə