Aleksandr Zinçenko dizindən əməliyyat olunub

Aleksandr Zinçenko dizindən əməliyyat olunub

"Mançester Siti"nin futbolçusu Aleksandr Zinçenko dizindən əməliyyat olunub. Britaniya mətbuatının yazdığına görə, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, ukraynalı müdafiəçinin 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib. Qeyd edək ki, Zinçenko 2016-cı ildən İngiltərə klubunun şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə