Ronaldo "Leççe" ilə oyunu buraxacaq

Ronaldo "Leççe" ilə oyunu buraxacaq

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 9-cu turunda "Leççe" ilə oyunu buraxacaq. İtaliya mətbuatının yazdığına görə, Turin klubunun baş məşqçisi Maurisio Sarri portuqaliyalı hücumçuya istirahət vermək qərarına gəlib. Bu səbəbdən o, sözügedən matç üçün heyətə daxil edilməyib. Qeyd edək ki, "Leççe" - "Yuventus" görüşü bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə