MDB ölkələrinin hökumət başçılarının bun gün keçirilən iclasının yekunu olaraq iyirmiyə yaxın sənəd imzalanıb. Onların sırasında Birlik ölkələrinin Oyunları barədə qərar da var.
SİA-nın məlumatına görə, sənədə əsasən Oyunlar MDB iştirakçısı olan dövlətlərdə növbə ilə rus əlifbası sırasına uyğun keçiriləcək. Beləliklə, əlifba sırası ilə götürdükdə, ilk Oyunlara Azərbaycan ev sahibliyi edə bilər.
Oyunların iki ildə bir dəfə ümumilikdə 10 günədək müddətdə təşkil edilməsi planlaşdırılır. Yarışların təşkili və keçirilməsi ilə bağlı xərcləri ev sahibi olan ölkə ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB