Azərbaycan Aykido Mərkəzində seminar keçiriləcək

Azərbaycan Aykido Mərkəzində seminar keçiriləcək

Oktyabrın 26-27-də Azərbaycan Aykido Mərkəzində Avrasiya Aikido Təşkilatının yaradıcısı və texniki direktoru Nəbi Vuralın rəhbərliyi altında beynəlxalq seminar keçiriləcək.

SİA-nın məlumatına görə, seminara Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan idmançı və məşqçilər qatılacaqlar.

N.Vural 40 ildən artıqdır aykido ilə məşğul olur. O, Fransada ustad N.Tamuranın rəhbərliyi altında idmanın bu növünü öyrənməyə başlayıb. Ustad N.Tamura aykidonun banisi O-Sensey Morihey Ueşibanın tələbəsi olub. N.Vuralı ölkəmizə Azərbaycan Aykido Federasiyasının prezidenti 6-cı dan Sensey Fərhad Ələsgərov dəvət edib.

Ümumilikdə 200 nəfərin qatılacağı seminarda Rusiya, Fransa, Türkiyə və İrandan olan nümayəndələr də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə