Cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq

Cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

SİA-nın məlumatına görə, yarışın ikinci günündə cüdoçumuz Rüstəm Orucov (73 kq) Salvador Roka (İspaniya) və Mikloş Unqvarini (Macarıstan) məğlub etsə də, Xixmatillox Turayevin (Özbəkistan) öhdəsindən gələ bilməyib. Təsəlliverici görüşdə Tsend-Oçir Tsoqtbaatariyə (Monqolustan) qalib gələn idmançımız bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə onun rəqibi almaniyalı İqor Vandtke olacaq.

Azərbaycan komandasının aktivində 1 medal var. Cüdoçumuz Orxan Səfərov (66 kq) “Böyük dəbilqə”nin gümüş medalını qazanıb.

Yüzədək ölkədən 500-dən çox idmançının mübarizə apardığı turnirə Azərbaycan 10 kişi, 5 qadın cüdoçu ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə