“Azərreyl” Çellenc kuboku yarışlarının yarımfinalına yüksəlib

“Azərreyl” Çellenc kuboku yarışlarının yarımfinalına yüksəlib

Martın 2-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində qadın voleybol komandaları arasında Çellenc kuboku yarışlarının dörddəbir final mərhələsinin cavab oyunu keçirilib.

SİA-nın məlumatına görə, Bakının "Azərreyl" klubu Finlandiyanın "Salo" komandasını qəbul edib.

Azərbaycan voleybolçularının üstünlüyü ilə keçən oyun 3:0 (25:20, 25:20, 25:16) hesabı ilə "Azərreyl"in xeyrinə başa çatmış və komandamız yarımfinala yüksəlib.

Komandalar arasında Finlandiyada keçirilən ilk qarşılaşmada da Azərbaycan voleybolçuları 3:2 hesabı ilə meydan sahiblərindən üstün olublar. Növbəti mərhələdə "Azərreyl" Rusiyanın "Uraloçka" komandası ilə qarşılaşacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə