"Qarabağ" Avropa Lİqasının üçüncü turunda heç-heçə ilə kifayətlənib

"Qarabağ" Avropa Lİqasının üçüncü turunda heç-heçə ilə kifayətlənib

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib.

Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü matçı olub. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı.

A qrupunun digər oyununda "Sevilya" "Düdelanj"ı qəbul edəcək.

24 oktyabr

Avropa Liqası

A qrupu


20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2
Qollar: Dani Kintana, 13 (1:0), Maksim Medvedev, 29-avtoqol (1:1), Hallenius, 45 (1:2), Ailton, 59 (2:2)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


23:00."Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq)

1.

Sevilya

2

2

0

0

4:0

6

2.

Qarabağ

3

1

1

1

6:6

4

3.

Düdelanj

2

1

0

1

5:7

3

4.

APOEL

3

0

1

2

5:7

1

Bütün xəbərlər Facebook səhifəmizdə