Türkiyənin aparıcı futbol klublarından biri sayılan "Qalatasaray" Bakının "Neftçi" klubu ilə əməkdaşlıq barədə ikitərəfli saziş imzaladığını təsdiq edib.
SİA-nın "Neftçi"nin saytına istinadən verdiyi xəbərə görə, sazişə bir neçə bənd, o cümlədən klubların 2011/12 mövsümündə öz aralarında yoldaşlıq görüşləri keçirəcəkləri barədə bənd daxildir. Bundan əlavə, "Neftçi"nin gənc və perspektivli oyunçuları İstanbul klubunun meydanında məşq etmək, Bakı klubunun məşqçiləri isə "Qalatasaray"ın məşqlərini izləmək imkanı əldə edəcəklər.
"Qalatasaray" həmçinin, "Neftçi" ilə birlikdə Bakıda futbol məktəbi açmağı da planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB