Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb. Belə ki, turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə italiyalı Manuel Lombardoya məğlub olaraq gümüş medalla kifayətlənib.
Yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb. “Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB