Batumidə şahmat üzrə komandalararası Avropa çempionatının birinci turu start götürüb. SİA-nın məlumatına görə, kişilərdən ibarət komandamızın rəqibi Serbiya, qadın yığmamızın isə Latviya şahmatçılarıdır.
İlk turda Şəhriyar Məmmədyarov Aleksandar Indjic, Arkadi Naydiç Nikola Sedlak, Rauf Məmmədov Milan Zajic, Qədir Hüseynov Velimir İvic, Günay Məmmədzadə Dana Reizniece-Ozola, Xanım Balacayeva Laura Rogule, Ülviyyə Fətəliyeva İlze Berzina, Gülnar Məmmədova isə Elizabete Limanovska ilə mübarizə aparırlar.
Qeyd edək ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB