“Qəbələ” UEFA Gənclər Liqası turnirində APOEL komandasına uduzub

“Qəbələ” UEFA Gənclər Liqası turnirində APOEL komandasına uduzub

UEFA Gənclər Liqası turnirinin birinci mərhələsində “Qəbələ” futbol klubu oktyabrın 24-də cavab oyununu keçirib. SİA-nın məlumatına görə, təmsilçimiz Qəbələ şəhər stadionunda Kiprin APOEL komandası ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, bu komandaların ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə