UEFA Serbiya millisini iki oyunluq cəzalandırıb

UEFA Serbiya millisini iki oyunluq cəzalandırıb.

SİA xəbər verir ki, buna komandanın azarkeşlərinin Avro-2020-nin seçmə mərhələsində Portuqaliyaya doğma meydanda uduzduqları matçda (2:4) irqçi şüarlar səsləndirməsi səbəb olub.

Serbiyaya verilən iki matçlıq cəzanın biri şərti xararter daşıyır və oxşar halın yaşanmaması üçün bir illik vaxt verilib. Beləliklə, komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək.

Bundan başqa, sözügedən görüşdə meydana azarkeş girdiyi və məşəl yandırıldığı üçün Serbiya Futbol Federasiyası 33 min 250 avro məbləğində cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə