Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
SİA-nın məlumatına görə, 32 yaşlı beynəlxalq dərəcəli hakim H qrupunun "Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) matçını idarə edəcək.
24 oktyabr
UEFA Avropa Liqası, qrup mərhələsi III tur
H qrupu
20:55."Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya)
Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Orxan Məmmədov
Hakim-inspektor: Paskal Qaribian (Fransa)
UEFA nümayəndəsi: Mark Bos (Niderland)
Qeyd edək ki, qarşılaşma Razqrad şəhərindəki "Lüdoqorets Arena"da keçiriləcək. Bu, Əliyar Ağayevin cari mövsüm avrokuboklarda qrup mərhələsinə ilk təyinatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB