Gənc idmançımız Avropa birinciliyində 4-cü yeri tutdu

Oktyabrın 17-dən 27-dək Rumıniyanın paytaxtı Buxarestdə 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir. Azərbaycan Ağır Atletika Federasiyasından SİA-ya verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.

Bu gün Mərziyyə Məhərrəmova körpücük üzərinə çıxıb. O, 23 yaşadək gənc atletlərin yarışında 49 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Birdən və təkanla ağır qaldırmada toplam 146 kiloqram (66+80) nəticə göstərən idmançımız dördüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə