Tayboks üzrə respublika turnirinə start verilib

Oktyabrın 19-də Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turnirinə start verilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 25 klubdan 200-ə yaxın idmançı iştirak edir.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə