Birinci divizionda 7-ci tura start verilib

Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 7-ci tura start verilib. İlk oyun günündə dörd qarşılaşma keçirilib. “Keşlə”nin əvəzedicilərdən ibarət komandası “Ağsu” ilə ev oyununda 4 cavabsız qola sevinib. “Kəpəz” isə “Qarabağ”ın əvəzedicilərini minimal hesabla üstələyib. “Qaradağ Lökbatan” da “Zirə”nin əvəzedicilərinə oxşar hesabla qalib gəlib. “Neftçi-2” – “Zaqatala” matçında isə qonaqlar qələbə qazanıblar.

Birinci Divizion

7-ci tur

18 oktyabr

“Qaradağ Lökbatan” – “Zirə-2” 1:0
Qol: Rövşən Şahmuradov, 81.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Rauf Allahverdiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

“Neftçi-2” – “Zaqatala” 1:2
Qol: Əlibəy Məmmədli, 63 – Famil Camalov, 40-pen. Coşqun Əsədzadə, 86-öz qapısına.
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Kərim Zeynalov, Fərid Hacıyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

“Kəpəz” – “Qarabağ-2” 1:0
Qol: Nodar Məmmədov, 84.
Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Ruslan Quliyev, Kamranbəy Rəhimov.
Gəncə şəhər stadionu.

“Keşlə-2” – “Ağsu” 4:0
Qol: Elmir Rəhimzadə, 61. Xəzər Mahmudov, 62; 68. Elmir Rəhimzadə, 77.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Kamran Bayramov, Rəşad Əhmədov.
“AZAL Arena”.

Tura sabah keçiriləcək MOİK – “Sabah-2”, “Sumqayıt-2” – “Turan Tovuz” oyunu ilə yekun vurulacaq.

N Klublar O Q H M T-F X
1 Turan Tovuz 6 5 0 1 14-7 15
2 Səbail-2 6 4 1 1 14-7 13
3 Kəpəz 7 3 3 1 8-7 12
4 Sabah-2 6 4 0 2 8-6 12
5 Zaqatala 6 3 1 2 7-5 10
6 Qarabağ-2 6 3 0 3 15-8 9
7 MOİK 5 2 2 1 9-7 8
8 Sumqayıt-2 5 2 2 1 5-4 8
9 Keşlə-2 6 2 2 2 11-8 8
10 Neftçi-2 7 2 1 4 9-9 7
11 Qaradağ Lökbatan 7 1 1 5 5-13 4
12 Ağsu 7 1 1 5 5-17 4
13 Zirə-2 6 1 0 5 7-19 3

Bütün xəbərlər Facebook səhifəmizdə