Badminton üzrə “Egypt International 2019” turniri davam edir

Badminton üzrə “Egypt International 2019” turniri davam edir

Misirin paytaxtı Qahirədə badminton üzrə “Egypt International 2019” turniri davam edir. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Badmintonçularımız mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaqlar. E.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirəcək. E.Qovımuramadhoni isə irlandiyalı Conatan Dolanla qarşılaşacaq.

Turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Xatırladaq ki, badmintonçumuz E.Dviçayo Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə