Şahmatçılarımız “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunda oynayıblar

Şahmatçılarımız “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunda oynayıblar

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunu şahmatçılarımızdan biri qələbə, üçü heç-heçə ilə başa vurub. SİA-nın məlumatına görə, şahmatçılarımız Rauf Məmmədov Anton Korobov (Ukrayna), Nicat Abbasov İvan Sariç (Xorvatiya), Eltac Səfərli Samuel Sevianla (ABŞ) qarşılaşmaları heç-heçə başa vurublar. Digər təmsilçimiz Vasif Durarbəyli Marie Sebaq (Fransa) üzərində qələbə qazanıb.

Qeyd edək ki, yeddi turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4, E.Səfərli 3,5, V.Durarbəyli isə 3 xal qazanıb. Yarış oktyabrın 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə