“Spartak” klubunu 34 yaşlı italiyalı çalışdıracaq

“Spartak” klubunu 34 yaşlı italiyalı çalışdıracaq

Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisini Domeniko Tedesko çalışdıracaq. Müqavilə müddəti ilə bağlı məlumat verilməyib. 34 yaşlı italiyalı məşqçi bu vəzifədə bir neçə gün əvvə istefaya göndərilən Oleq Kononovu əvəzləyib.
Tedesko son olaraq “Şalke”ni çalışdırıb. O, Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”ə 0:7 məğlubiyyətdən sonra işini itirib.
Qeyd edək ki, hazırda "Spartak" Premyer Liqada 14 xalla 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə