Veteran cüdoçularımızdan daha bir qızıl medal

Veteran cüdoçularımızdan daha bir qızıl medal

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, Azərbaycan milli komandası yarışda ikinci qızıl medalını qazanıb. Veteran cüdoçumuz Məmməd Məmmədov M-1kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Bundan əvvəl isə komandamızın digər üzvü Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində qalib olub.

Qeyd edək ki, usta cüdoçular arasında keçirilən dünya çempionatı oktyabrın 13-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə