Almaniyada türkiyəli futbolçu "Barış pınarı"na dəstək verdiyinə görə cəzalandırılıb
Almaniya II Bundesliqasında çıxış edən "Sankt-Pauli" klubu türkiyəli futbolçu Cenk Şahini heyətdən kənarlaşdırıb. Alman klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, buna 25 yaşlı yarımmüdafiəçinin "İnstagram" səhifəsində "Barış pınarı" hərəkatına dəstək olması səbəb olub.
Bildirilib ki, belə paylaşımlar klubun dəyərlərinə uyğun deyil və məlumat futbolçunun özünə çatdırılıb. Yazıda həmçinin qeyd olunub ki, məsələ həllini tapana qədər əlavə açıqlama verilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB