Oktyabrın 11-də Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir başlayıb. SİA-nın məlumatına görə, yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) təmsil edirlər.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Memorialda ədaləti qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB