Yeniyetmə şahmatçılarımız dünya çempionatında uğurla çıxış edirlər

Yeniyetmə şahmatçılarımız dünya çempionatında uğurla çıxış edirlər

Hindistanda 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında təmsilçilərimiz uğurlu çıxışlarını davam etdirirlər. SİA-nın xəbərinə görə, 14 yaşlı idmançılar arasında açıq turnirdə mübarizə aparan Aydın Süleymanlı 9-cu turda növbəti qələbəsini qazanıb.

O, 7,5 xalla ilk pillədə qərarlaşıb. Şahmatçımız 10-cu turda vyetnamlı Thien Phuc Vo Phamla mübarizə aparacaq. Digər şahmatçımız 14 yaşlı qızlar arasında mübarizə aparan Ayan Allahverdiyeva da uğurla çıxış edir. O, 7 xalla üçüncü pillədədir. A.Allahverdiyevanın növbəti turda rəqibi rusiyalı Yekaterina Nasyrova olacaq. Turnir 11 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə