Azərbaycanın U-21 yığması Fransaya uduzub

Azərbaycanın U-21 yığması Fransaya uduzub

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olub. Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda baş tutmuş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

Bu, II qrupda yer alan Azərbaycan millisinin 4-cü oyunda 3-cü məğlubiyyəti olub. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransa isə qrupda ilk görüşünü keçirib.

AVRO-2021

Seçmə mərhələ, II qrup

10 oktyabr

23:00. Fransa – Azərbaycan - 5:0

Qollar: Odson Eduard, 2; 36. Dan-Aksel Zaqadu, 40. Hussam Auar, 52. Arno Norden, 76

Baş hakim: Antoniu Nobre

Yan xətt hakimləri: Nunu Pereyra, Bruno Alveş

Dördüncü hakim: Elder Maleyru (hakimlər briqadası Portuqaliyadandır)

Kale, “Stade de l'Epopee” stadionu

Xal durumu: Gürcüstan – 6 xal (4 oyuna), İsveçrə – 3 (1), Fransa - 3 (1), Slovakiya – 3 (2), Azərbaycan – 3 (4), Lixtenşteyn – 3 (4).

Bütün xəbərlər Facebook səhifəmizdə