Cüneyt Çakır Sloveniya - Avstriya matçını idarə edəcək

Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb. UEFA-nın saytında yer alan məlumatda deyilir ki, o, G qrupunun Sloveniya - Avstriya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma oktyabrın 13-ü Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə