Türkiyənin "Dənizlispor" futbol klubu, baş məşqçi Yücəl İldizlə yollarını ayırıb. Superliqa təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, buna səbəb komandanın uğursuz çıxışları olub. Klubun açıqlamasında komandanın vəziyyətinin idarə heyəti tərəfindən qiymətləndirildiyi və 66 yaşlı çalışdırıcının müqaviləsinin birtərəfli olaraq ləğv edildiyi bildirilib. Qeyd edək ki, "Dənizlispor" Superliada 7 turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB