Azərbaycan Qran-prisinin bilet satışında endirimlər olacaq “Formula 1”
“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına endirimlərlə start veriləcək. SİA-nın məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bilet qiymətləri və endirimlər barədə yaxın günlərdə ətraflı məlumat veriləcəyi bildirilib.
Biletlər oktyabrın sonlarında satışa çıxarılacaq.
Qeyd edək ki, ötən mövsüm biletlər 1 yanvar 2019-cu ilədək 20 faiz endirimlə satışa çıxarılıb. Sırf yerli sakinlərə 25 faiz endirim tətbiq edilib. İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manat, azyaşlılar üçün 130 - 470 manat, ayaqüstü zonalar üçün 80 - 160 manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB