Azərbaycan yığması Fransaya da qalib gəldi

Azərbaycan yığması Fransaya da qalib gəldi

Bakı İdman Sarayında keçirilən futzal üzrə 2012-ci il Avropa çempionatının əsas seçmə mərhələsinin A qrupunda ikinci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, ilk turda Qazaxıstanı 6:3 hesabı ilə məğlub edən yığmamız bu gün Fransa millisi ilə qarşılaşıb.

Görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində millimiz xallarını 6-ya çatdırsa da, qrup liderliyini yenə ələ ala bilməyib. Buna turun digər matçında İspaniya yığmasının Qazaxıstanı daha böyük fərqlə məğlub etməsi səbəb olub - 5:0. Son Avropa çempionları ilk turda Fransanın qapısından 4 cavabsız top keçirib. Yığmamız isə Fransadan öncə Qazaxıstanı 6:3 hesabı ilə yenib.

25 fevral

21:00. Azərbaycan - Fransa - 4:2
Qollar: Biro Jade (1:0). Serjao (2:0). Stefan Basson (2:1). Biro Jade (3:1), Borisov (4:1), Mustafa Otmani (4:2)

18:30. Qazaxıstan - İspaniya - 0:5
Qollar: Polo (0:1), Xose Ruis (0:2), Rafa Usin (0:3), Alemao (0:4), Alemao (0:5)

Bütün xəbərlər Facebook səhifəmizdə