Şeydayev oynadı, komandası uduzdu, məşqçisi qovuldu

Şeydayev oynadı, komandası uduzdu, məşqçisi qovuldu

Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su səfərdə "Orenburq"a 0:2 hesabı ilə uduzub.

Şeydayev 81-ci dəqiqədə komandası 0:1 hesabı ilə geridə olarkən meydana daxil olub.

Oyundan dərhal sonra “Dinamo” klubu baş məşqçisi Dmitri Xoxlovla yolları ayırıb. Bu barədə Moskva klubun rəsmi saytı məlumat yayıb.

Yaxın vaxtlarda komandaya yeni baş məşqçi təyin ediləcəyi bildirilib.

Qeyd edək ki, uğursuz mövsüm keçirən “Dinamo” hazırda 10 xalla 15-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə