"Teymur Rəcəbovun bu tarixi zəfəri bütün Azərbaycan xalqının qələbəsidir" - Ankara Şahmat Muzeyinin həmtəsisçisi Birten Gökyay

"Teymur Rəcəbovun bu tarixi zəfəri bütün Azərbaycan xalqının qələbəsidir" - Ankara Şahmat Muzeyinin həmtəsisçisi Birten Gökyay

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Dünya Kubokuna sahib olması bizi son dərəcə qürurlandırdı. Sevindirici haldır ki, bu şad xəbəri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə Ankarada keçirilən təntənəli mərasimdə eşitdik. Teymur Rəcəbovun bu tarixi zəfəri bütün Azərbaycan xalqının qələbəsidir.

SİA xəbər verir ki, bu fikirləri Türkiyənin Gökyay İdman və Mədəniyyət Vəqfinin Şahmat Muzeyinin həmtəsisçisi Birten Gökyay bildirib.

Şahmatçımızın qələbəsi ilə bağlı hisslərini ən xoş sözlərlə ifadə edən Birten Gökyay deyib: “Azərbaycana olan tükənməz sevgi və istəyimizi tərənnüm etmək üçün Teymur Rəcəbovun şahmat sahəsindəki şanlı zəfərinin şərəfinə Gökyay İdman və Mədəniyyət Vəqfində və Şahmat Muzeyimizdə gözəl bir mərasim təşkil etməkdən məmnun olardıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə