FIA 2020-ci il üçün 22 yürüşdən ibarət təqvimi təsdiq edib

FIA 2020-ci il üçün 22 yürüşdən ibarət təqvimi təsdiq edib

Kölndə FIA prezidenti Jan Todtun sədrliyi ilə Dünya Avtomobil İdmanı Şurasının iclası keçirilib. İclasda 2020-ci il çempionatının təqvimi təsdiq edilib. SİA xəbər verir ki, çempionatda mərhələlərin sayına görə rekord müəyyən olunacağı gözlənilir. Belə ki, martın ortalarından noyabrın sonunadək 22 Qran-Pri keçiriləcək: Hanoy (Vyetnam) və Zandfort (Hollandiya) mərhələləri. Yeri gəlmişkən, Niderland Qran-Prisini yalnız şərti olaraq yeni saymaq olar: bu yürüş 35 illik fasilədən sonra qayıdır. Lakin Almaniya Qran-Prisi gələn ildən keçirilməyəcək.

FIA-nın rəsmi saytında dərc olunmuş təqvimdə Vyetnam və Hollandiya mərhələləri ulduzla işarələnib. Bu, o deməkdir ki, traslar hələlik federasiyanın təkmilləşdirmə testindən keçməyib.

Mövsüm ərzində 14 yürüş həftəlik fasilələrə ayrılıb. Bunlar Avstraliya və Bəhreyn, Hollandiya və İspaniya, Azərbaycan və Kanada, Fransa və Avstriya, Belçika və İtaliya, Sinqapur və Rusiya, habelə ABŞ və Rusiya yürüşləridir. Lakin çempionata avqust ayında verilən dörd həftəlik ənənəvi fasilə saxlanılıb.

Mövsümün ilkin gündəliyi avqustun sonunda təqdim edilib və burada göstərilən yürüşlərin tarixləri rəsmən təsdiq edilmiş versiyada dəyişdirilməyib.

Dünya Avtomobil İdmanı Şurası növbəti dəfə dekabrın 4-də Parisdə toplanacaq. Burada FIA-nın Baş Assambleyası və federasiyanın himayəsi ilə keçirilən çempionatların mükafatçılarının və qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.

2020-ci il mövsümünün təqvimi

15 mart Avstraliya Melburn

22 mart Bəhreyn Sahir

5 aprel Vyetnam Hanoy

19 aprel Çin Şanxay

3 may Niderland Zandfort

10 may İspaniya Barselona

24 may Monako Monako

7 iyun Azərbaycan Bakı

14 iyun Kanada Monreal

28 iyun Fransa Le-Kastelle

5 iyul Avstriya Şpilberq

19 iyul Böyük Britaniya Silverstoun

2 avqust Macarıstan Budapeşt

30 avqust Belçika Spa

6 sentyabr İtaliya Montsa

20 sentyabr Sinqapur Sinqapur

27 sentyabr Rusiya Soçi

11 oktyabr Yaponiya Suzuka

25 oktyabr ABŞ Ostin

1 noyabr Mexiko Mexiko

15 noyabr Braziliya San-Paulu

29 noyabr Əbu-Dabi Yas-Marina

Bütün xəbərlər Facebook səhifəmizdə