Bakı Karate-do Akademiyasında Dərəcə təqdimatı keçirilib -VİDEO-FOTOLAR

Bakı Karate-do Akademiyasında Dərəcə təqdimatı keçirilib -VİDEO-FOTOLAR

Bakı Karate-do Akademiyasında Dərəcə təqdimatı keçirilib. Tədbirdə Bakı Karate-do Akademiyasının prezidenti və şef-instruktoru, üçqat dünya çempionu, 4-cü dan qara kəmər sahibi Vüsal Abdullazadə, Akademiyanın mətbuat katibi Fəridə Nizamiqızı və yüksək dərəcə qazanan idmançıların sinif rəhbərləri iştirak edib və idmançılara dərəcələr təqdim ediblər.

Akademiyanın tələbələrindən Nihad Hüseynli 1-ci dan qara kəmər, Zaur Mirzəzadə 1-ci dan qara kəmər, Jasmin Xəlilova qırmızı kəmər, Saleh və Rauf Hümbətli qardaşları narıncı kəmər, Valeh Yusifov isə narıncı kəmərə sahib olublar.

Qeyd edək ki, Bakı Karate-do Akademiyasında dərəcə imtahanı ildə 4 dəfə keçirilir.

Bakı Karate-do Akademiyası 2016-cı ildən döyüş sənayesində ixtisaslaşıb və döyüşçülərin mükəmməlləşdirilmiş proqramlarına malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə