Almaniya Bundesliqasında 7-ci tura meydan sahiblərinin qələbəsi ilə start verilib
Almaniya Bundesliqasında 7-ci tura start verilib.
SİA xəbər verir ki, açılış oyununda "Herta" "Fortuna"nı qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
"Herta" - "Fortuna" - 3:1
Qollar: Henninqs, 32-pen (0:1), İbişeviç, 37 (1:1), Dilrosun, 44 (2:1), Darida, 62 (3:1)
Bu qələbə ilə xalını 10-a yüksəldən meydan sahibləri turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Fortuna" isə 4 xalla 14-cü pillədə qalıb.
Turnir cədvəlinə 14 xalla "Bavariya" başçılıq edir. "Leyptsiq" 13 xalla 2-ci, "Frayburq" eyni xalla 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB