İsrafilovun 90 dəqiqə çıxış etdiyi oyun komandasının qələbəsi ilə bitib

İsrafilovun 90 dəqiqə çıxış etdiyi oyun komandasının qələbəsi ilə bitib

İspaniya 2-ci liqasında 10-cu tura start verilib.

SİA xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə "Alkorkon"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Albasete” hazırda 16 xalla 22 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə